
Türkiyənin müdafiə sənayesi nəhəngi “ASELSAN” şirkəti “DRONEDEF” kompleksinin uğurlu sınaqları barədə məlumat yayıb.
Primeinfo.az xəbər verir ki, sınaqlar zamanı “İHTAR”, “EJDERHA” sistemləri və “GÖKBERK” lazer kompleksi bir neçə pilotsuz uçuş aparatını (PUA) uğurla zərərsizləşdirib.
Sözügedən sistemlərdən “İHTAR” alçaqdan uçan FPV dronlarının aşkarlanması və izlənilməsinə cavabdehdir. “EJDERHA” sistemi yönəldilmiş elektromaqnit enerjisinin köməyi ilə dron qruplarını və fiber-optik idarəetməli PUA-ları sıradan çıxarır, “GÖKBERK” kompleksi isə hədəfləri lazer şüası ilə məhv edir.
Hər üç sistem Türkiyənin “Polad Qübbə” (Çelik Kubbe) adlı çoxşaxəli və eşelonlaşdırılmış hava hücumundan müdafiə sisteminə inteqrasiya edilib.