Ukrayna pilotsuz uçuş aparatları (PUA) “Xəzər Boru Kəməri Konsorsiumu” beynəlxalq neft nəqliyyat şirkətinin Novorossiyskdəki obyektlərinə zərbə endirib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, PUA-lar yanalma və tədarük boru kəmərinə zərbə endirib, zərbə nəticəsində dörd neft rezervuarında yanğın başlayıb.
Səudiyyə Ərəbistanının hərbi qüvvələri bu gün İranın 39 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib. Primeinfo.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib. Məlumata görə, İranın PUA-ları krallığın ərazisində kəşfiyyat aparırmış.
MN: “Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək”
Dubayda pilotsuz uçuş aparatı (PUA) binaya düşüb. Primeinfo.az xəbər verir ki, bu barədə əmirliyin mətbuat xidməti məlumat yayıb. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Türkiyə Nazirlər Kabinetinin martın 9-da keçirilən toplantısında İrandakı vəziyyət, sərhəd təhlükəsizliyi kimi məsələlər müzakirə edilib. Primeinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Hərbi toqquşmaların uzanması, daha geniş ərazilərə yayılması zamanı müxtəlif ssenariləri təhlil etdik” , – deyən Ərdoğan bildirib ki, Türkiyənin İran ətrafındakı böhrana cəlb olunmasının qarşısını almaq üçün bütün Türkiyə dövlət qurumları yüksək hazırlıq vəziyyətindədir.
İran xəbərdarlıqlara baxmayaraq yanlış addımlar atmağa davam edir. Primeinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. Ərdoğan hadisələrin NATO və digər müttəfiqlərlə əlaqədə izlənildiyini bildirib.
Türkiyə Milli Müdafiə Nazirliyi Ordu vilayətinin Ünye rayonunda sahildə tapılan və quruya çıxmış vəziyyətdə olan pilotsuz uçuş aparatının (PUA) Rusiyaya məxsus olduğunu açıqlayıb. Primeinfo.az-ın məlumatına görə, nazirlik bildirib ki, 10 fevral 2026-cı il tarixində Ünye rayonunda sahildə bir PUA-nın aşkar edilməsi ilə əlaqədar 11 fevralda əraziyə 1 Sualtı Müdafiə qrupu göndərilib. Məlumata əsasən, aparılan yoxlamalar zamanı PUA-nın içərisində partlayıcı maddənin olmadığı müəyyən edilib.
Kiyev kütləvi raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücuma məruz qalıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi Kiyev meri Vitali Kliçko və şəhər hərbi administrasiyasının nümayəndəsi Timur Tkaçenkonun “Telegram” kanallarına istinadla məlumat yayıb. Məlumata görə, paytaxtın bir neçə rayonunda zərbələr qeydə alınıb.
İstanbul sahillərində pilotsuz uçuş aparatı aşkarlanıb. Primeinfo.az-ın məlumatına görə, balıqçıların məlumat verməsindən sonra əraziyə Sahil Mühafizə Komandanlığının əməkdaşları cəlb olunub. Aşkarlanan PUA ilə bağlı araşdırmalar davam etdirilir.
İrana məxsus kəşfiyyat pilotsuz təyyarəsi bazar günü Oman körfəzi üzərində uzun uçuş həyata keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə “Flightradar24” resursu məlumat yayıb. Eyni zamanda, ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) İran ordusuna xəbərdarlıq edib.