İki ildən sonra Qarabağ Universitetinin ilk məzunları magistratura imtahanlarını da Xankəndidə verəcəklər. Primeinfo.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Zəfər Günü ilə əlaqədar keçirilən tədbirdə deyib. “İnanıram ki, hamı Xankəndini universitet şəhəri kimi tanıyacaq”, – deyə DİM sədri vurğulayıb.
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC noyabrın 5-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası turniri çərçivəsində oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək.
“28 illik işğal dövründə xunta rejiminin rəhbərləri Dağlıq Qarabağdan 280 milyon dollar pul talan ediblər”. Primeinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Oqtay Qasımov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib. Onun sözlərinə görə, bu haqda bilgilər hələ Sovet dövründən də var idi, sadəcə ictimaiyyətə açıqlanmırdı: “44 günlük Vətən müharibəsindən sonra Dağlıq Qarabağa aid maraqlı araşdırmalar başladı.
İsrailin Azərbaycandakı səfiri Ronen Kraus Qarabağ səfərindən paylaşım edib. Primeinfo.az xəbər verir ki, səfir X hesabında bu sözləri yazıb: “Qarabağa ikinci səfərimdir. İşlərin və tikinti prosesinin irəliləyişi sadəcə inanılmazdır.
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Fikrət Abbas oğlu Əzizovla vida mərasimi keçirilib. Primeinfo.az xəbər verir ki, Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində mərhumun ailə üzvlərinə məxsus evdə baş tutan vida mərasimində şəhidin yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim başa çatdıqdan sonra onun nəşinin qalıqları Qaradağ rayonu, “Sofi Həmid Piri” qəbiristanlığında torpağa tapşırılıb.
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha 16 şəhid dəfn olunacaq.
Misli Premyer Liqasının IX turunda “Qarabağ” evdə “Şamaxı” ilə görüşüb. Primeinfo.az xəbər verir ki, “Azərsun Arena”da baş tutan qarşılaşma heç-heçə ilə nəticələnib – 0:0. Bu nəticədən sonra “Qarabağ” 17 xalla ikinci pillədə qərarlaşıb.
Qarabağ Universitetinin fəaliyyətinin 2026-cı ildə təmin edilməsi məqsədilə 39 milyon manat vəsait nəzərdə tutululub. Primeinfo.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Qeyd edilib ki, eyni zamanda, Qarabağ Universitetində 6 istiqamət və 34 ixtisas (o cümlədən, tibb – 100 nəfər) üzrə 2500-dək tələbənin, 2025/2026-cı tədris ilindən etibarən isə 4000-dək tələbənin təhsil alması və yataqxanalarda yerləşdirilməsi planlaşdırılır.
UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında keçirilən III tur oyunu başa çatıb. Primeinfo.az xəbər verir ki, “San Mames” stadionunda təşkil olunan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində Leandro Andrade, rəqibdə isə Qorka Quruseta ( 2 qol ) ilə Robert Navarro fərqləniblər .
Bu ilin yanvar-sentyabr aylarında Şuşa, Xankəndi və Laçında kanat yolunun tikintisinə 6,6 milyon manat xərclənib. Primeinfo.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Xankəndi-Şuşa kanat yolunun uzunluğu 6 min metrə yaxın olacaq.