Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Qarabağ

"Qarabağ" azarkeşlərini arenaya buraxmadı: "Neftçi" cərimələndi

"Qarabağ" azarkeşlərini arenaya buraxmadı: "Neftçi" cərimələndi

Əvəzedicilər Liqasının XV turunda “Qarabağ” azarkeşlərini arenaya buraxmayan “Neftçi” klubu cərimələnib. Primeinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib. “Ağ-qaralar”ın bu davranışı onlara 200 manata başa gəlib.

“Qarabağ” yeni futbolçu üçün bu qədər pul ödəyib

“Qarabağ” yeni futbolçu üçün bu qədər pul ödəyib

“Qarabağ” yeni transferi Jeremi Qnali üçün Kiprin AEK (Larnaka) klubuna ödədiyi məbləğ açıqlanıb. Primeinfo.az xəbər verir ki, tanınmış “transfermarkt” portalı Ağdam təmsilçisinin fransalı sol cinah müdafiəçisi üçün 100 min avro  (200 000 manat) ödəyib. 23 yaşlı futbolçunun bazar dəyəri 450 min avrodur.

"Qarabağ" fransalının transferini elan etdi - RƏSMİ

"Qarabağ" fransalının transferini elan etdi - RƏSMİ

Xəbər verdiyimiz kimi, “Qarabağ” heyətinə yeni futbolçu qatıb. Primeinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kiprin AEK (Larnaka) klubu ilə bir müddətdir davam edən danışıqlar uğurla yekunlaşıb və Ağdam təmsilçisi fransalı futbolçu Ceremi Qnalini sıralarına cəlb edib. Sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb.

“Qarabağ” “Turan Tovuz”a qalib gəldi

“Qarabağ” “Turan Tovuz”a qalib gəldi

“Qarabağ” Azərbaycan Premyer Liqasının 18-ci turunda “Turan Tovuz”la qarşılaşıb. Primeinfo.az xəbər verir ki, Qurban Qurbanovun komandası qarşılaşmada 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 41-ci dəqiqədə Abdullah Zubir vurub.

“Liverpul” – “Qarabağ” matçı tarixə düşdü

“Liverpul” – “Qarabağ” matçı tarixə düşdü

Ötən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son turunda keçirilən “Liverpul” – “Qarabağ” matçı tarixə düşüb. Primeinfp.az xəbər verir ki, meydan sahibləri Azərbaycan təmsilçisinin qapısına 38 zərbə endirməklə rekorda imza atıb. Bu, turnirdə indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.

"Liverpul" və "Qarabağ"ın start heyətləri açıqlanıb - FOTO

"Liverpul" və "Qarabağ"ın start heyətləri açıqlanıb - FOTO

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda üz-üzə gələcək İngiltərənin “Liverpul” və “Qarabağ” kollektivlərinin start heyətləri bəlli olub. Primeinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar. “Liverpul”: Alisson Beker, Ceremi Frimponq, Rayan Qravenberx, Virdcil Van Deyk (k), Robertson, Florian Virts, Aleksis Makallister, Dominik Soboslai, Məhəmməd Salah, Yoqo Ekitike, Kadi Qakpo “Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

Qarabağa avtobuslarla səfər edənlərin sayı açıqlandı

Qarabağa avtobuslarla səfər edənlərin sayı açıqlandı

Ötən il Qarabağ iqtisadi rayonuna avtobuslarla 6 632 sərnişin səfər edib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Primeinfo.az-a verilən məlumata görə, bu, 2024-cü illə müqayisədə 4 482 sərnişin və yaxud 1,5 dəfə çoxdur. 2025-ci ildə Qarabağ iqtisadi rayonuna 608 avtobus reysi həyata keçirilib.