Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak edib. Primeinfo.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Qarabağ Tekstil Evi” MMC-nin təsisçisi Rizvan Təhməzov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdilər. Bildirildi ki, Türkiyə və Çin texnologiyalarının quraşdırıldığı müəssisədə il ərzində 1,4 milyon ədəd tekstil məhsulu istehsal olunacaq.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış Proqramı Yeni Şəhər Gündəliyinin prinsiplərinin tətbiqinə nümunədir. Primeinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Qlobal mənzil böhranı: Plan nədir?” adlı panel sessiyada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva bildirib. Onun sözlərinə görə, həmin ərazilərdə aparılan tikinti və bərpa işləri dayanıqlılıq, inklüzivlik, ağıllı şəhər və kənd yanaşmaları, yaşıl enerji zonaları və iqlimə həssas planlaşdırma prinsipləri əsasında qurulur.
Azərbaycan işğaldan azad olunmuş ərazilərdə 9 yeni şəhər və yüzlərlə yaşayış məntəqəsi inşa edir. Primeinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Uşaq və Gənclər Assambleyasının açılış sessiyasında çıxış edən Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev bildirib. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma prosesi yalnız yolların və binaların tikintisini deyil, həm də etimadın, imkanların və gündəlik həyatın bərpasını əhatə edir.
Rusiyalı təbliğatçı Vladimir Solovyov “Rossiya 1” kanalında Qarabağ və Gəncəsər mövzusunda danışarkən növbəti dəfə faktları təhrif etməyə çalışıb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Zəngilan rayonundan şəkillər paylaşıb.
Qarabağda mina problemi ən ciddi humanitar çağırış olaraq qalır. Primeinfo.xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpusun nümayəndələri qarşısında çıxış edərkən deyib. O bildirib ki, Azərbaycan postmünaqişə dövründə həyata keçirilən yenidənqurma prosesinə görə dünyada nadir nümunələrdən biridir: “Azərbaycan öz maliyyə imkanları, institusional və inzibati potensialı hesabına işğaldan azad edilmiş əraziləri yenidən qurur.
“Diplomatik korpusun üzvləri ilə birlikdə Qarabağa səfər edirik. Səfərimiz Xocalı Soyqırımı Memorialını ziyarətlə başladı”.
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 29-cu turunun cəzalarını açıqlayıb. Primeinfo.az xəbər verir ki, turun mərkəzi görüşü olan “Neftçi” – “Qarabağ” matçında azarkeşlərin hərəkətlərinə görə hər iki komanda ziyana düşüb. “Neftçi” – “Qarabağ” oyununun 90+3-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydanaçaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə “Neftçi” komandası 5000 manat cərimə edilib.
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb. Primeinfo.az xəbər verir ki, “Zirə” – “Turan Tovuz” matçını Əli Əliyev, “Sabah” – “Qarabağ” görüşünü isə Rəvan Həmzəzadə idarə edəcək. Azərbaycan Kuboku Yarımfinal, cavab matçları 21 aprel 19:00.