Xəbər axtarın

Son axtarış nəticələri:

Qarabağda "15 dəqiqəlik şəhər" prinsipi tətbiq olunur

19.05.2026 11:20

Qarabağda "15 dəqiqəlik şəhər" prinsipi tətbiq olunur

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış Proqramı Yeni Şəhər Gündəliyinin prinsiplərinin tətbiqinə nümunədir. 

Primeinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Qlobal mənzil böhranı: Plan nədir?” adlı panel sessiyada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva bildirib.

Onun sözlərinə görə, həmin ərazilərdə aparılan tikinti və bərpa işləri dayanıqlılıq, inklüzivlik, ağıllı şəhər və kənd yanaşmaları, yaşıl enerji zonaları və iqlimə həssas planlaşdırma prinsipləri əsasında qurulur.

“Qarabağda yaşayış məntəqələri “15 dəqiqəlik şəhər prinsipi” əsasında formalaşdırılır. Burada mənzil yalnız yaşayış sahəsi kimi deyil, nəqliyyat, təhsil, səhiyyə, məşğulluq və sosial xidmətlərlə birlikdə planlaşdırılır. Bu da göstərir ki, adekvat mənzil yalnız qiymət məsələsi deyil, tam və funksional icmaların yaradılmasıdır”.

O əlavə edib ki, iqlim dayanıqlılığı və inklüziv urbanizasiya Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf üzrə milli prioritetlərinin əsas istiqamətlərindən birini təşkil edir:

“Qarşıdakı onillik artıq müzakirə deyil, icra onilliyi olmalıdır. Onun sözlərinə görə, mənzil məsələsi milli inkişaf strategiyalarına, şəhər siyasətlərinə və iqtisadi planlaşdırma proqramlarına tam inteqrasiya edilməlidir”.

Paylaş: