Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: sulh

Ombudsmanın Ruben Vardanyan və Araik Harutyunyan barədə açıqlaması

Ombudsmanın Ruben Vardanyan və Araik Harutyunyan barədə açıqlaması

Ombudsman Aparatı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və digər ağır cinayətlər törətdikləri məhkəmə qaydasında sübuta yetirilərək azadlıqdan məhrum edilən bəzi erməni əsilli şəxslərin hüquqlarının təmin olunması ilə bağlı yayılan iddialara münasibət bildirib. Bu barədə Primeinfo.az-a Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həmin şəxslərlə, o cümlədən Ruben Vardanyanla həm ibtidai istintaq, məhkəmə prosesləri zamanı, həm də məhkum olunduqdan sonra cəzaçəkmə müəssisəsində görüşlər keçirilib, onların hüquqlarının təmin olunması vəziyyəti, saxlanma şəraiti və onlarla rəftar məsələləri davamlı monitorinq edilib.

XİN Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyir

XİN Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyir

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstandakı münaqişənin suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə həllinə tam dəstəyini təsdiqləyib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” sosial şəbəkəsində paylaşım edib. “Azərbaycan Gürcüstanla strateji tərəfdaşlığını və yaxın qonşuluq münasibətlərini yüksək qiymətləndirir və iki ölkə arasında uzunmüddətli əlaqələrin daha da möhkəmləndirilməsinə sadiqdir”, – deyə paylaşımda bildirilib.

Bəqayi: "İran ABŞ-nin sülh təklifini nəzərdən keçirir"

Bəqayi: "İran ABŞ-nin sülh təklifini nəzərdən keçirir"

İran ABŞ-ın təklifini nəzərdən keçirir. Primeinfo.az CNBC-yə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib. Onun sözlərinə görə, İran hazırda ABŞ-ın bir səhifə və 14 maddəlik sülh təklifini dəyərləndirir.

“Azərbaycan və Ermənistan arasındakı sülhdən məmnunuq” - Türkiyənin vitse-prezidenti

“Azərbaycan və Ermənistan arasındakı sülhdən məmnunuq” - Türkiyənin vitse-prezidenti

Azərbaycan və Ermənistan arasında davamlı sülhə dair atılan addımları məmnunluqla qarşılayırıq. Primeinfo.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Baş nazirlərinin Bakı görüşündə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz deyib. O bildirib ki, bu sahədə atılan addımlar Türk dünyasının rifahına müsbət təsir göstərəcək.