Heydər Oğuz: “Rusiya Aralıq dənizinə çıxmasa məhv olacaq” - VİDEO
“Rusiyanın ən mühüm hədəflərindən biri Aralıq dənizinə çıxmaqdır. Rusiya Aralıq dənizinə çıxa bilməsə, bir imperiya dövləti kimi məhv olacaq”.
“Rusiyanın ən mühüm hədəflərindən biri Aralıq dənizinə çıxmaqdır. Rusiya Aralıq dənizinə çıxa bilməsə, bir imperiya dövləti kimi məhv olacaq”.
“Ukrayna 4 ildir davam edən bu savaşda uduzsa, növbəti hədəf Almaniya olacaq”.
“Mən nə Rusiya, nə də Ukrayna tərəfdən bu müharibəni sülhə gətirəcək hansısa şərtin yetişdiyini görmürəm. Ortada mənasız danışıqlardan başqa heç nə yoxdur”.
“Avropa İttifaqı istəyir ki, Ukrayna dözsün, hələ 2-3 il də müharibə davam etsin. Onlar da öz hərbi sənaye kompleksini möhkəmləndirsinlər”.
“Rusiya nefti əsasən Danimarka boğazlarından daşınır. Bu daşınmanı dayandırsalar, Rusiya bir neçə ayın içərisində dizini yerə qoyar”.
“Qara dəniz rəqabətində Rusiya uduzub. Rusiyanın hərbi gəmiləri siçan kimi gizlənib. Şimali Qara dəniz üzərində hökmranlıq Ukrayna vasitəsilə Londonun, Cənub tərəfdə isə Türkiyənin əlindədir”.
Zelenski bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
“Rusiya ilə Ukrayna arasındakı müharibə potensial həll yoluna yaxınlaşıb”. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. Onun sözlərinə görə, həm hərbi əməliyyatların dəyişən dinamikası, həm də artan iqtisadi təzyiqlər nəzərə alınmaqla, münaqişə tərəflər üçün getdikcə dözülməz hala gəlir.
Rusiya ordusu Kiyevə ballistik raketlərlə hücum edib. Primeinfo.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası məlumat yayıb. Bildirilib ki, zərbələr nəticəsində Dnepr rayonunda yerləşən uşaq bağçasının binasına zərər dəyib.
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri, general-leytenant Vasili Malyukla Rusiyanın hərbi potensialının azaldılmasına yönəlmiş əməliyyatlarımızı koordinasiya etdik. Primeinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Teleqram” kanalında məlumat yayıb. “Malyuk Ukrayna Təhlükəsizlik Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən uzaqmənzilli zərbələrimizin nəticələri haqqında da məlumat verdi.