
Avropa İttifaqının İrəvanda təşkil olunan Zirvə görüşündə iştirak edən Fransa prezidenti Emmanuel Makron Bakıda saxlanılan “erməni əsirlər”lə (müharibə cinayətlərinə görə məhkum edilən separatçılar) bağlı sualı cavablandırıb.
Primeinfo.az xəbər verir ki, Fransa Prezidenti bu məsələni əvvəlcə Nikol Paşinyanla, daha sonra Azərbaycan Prezidenti İlham Əliyevlə yenidən müzakirə edəcəyini bildirib.
“Biz həmişə vasitəçilik və kömək etməyə çalışırıq. Beynəlxalq hüquqa hörmətlə yanaşıram. Son bir neçə ay ərzində gərginliyin azalmasına və yeni bir mərhələnin başlamasına çox şadam. Bizim vəzifəmiz vəziyyəti yaxşılaşdırmaq üçün mümkün olan hər şeyi etməkdir”, – deyə Makron vurğulayıb.