
İranın xarici işlər naziri Abbas Əraqçi Çinə səfər edəcək.
Primeinfo.az-ın məlumatına görə, İranın xarici işlər naziri müxtəlif ölkələrlə diplomatik təmasların davamı olaraq bu gün Pekinə gedəcək.
Bu səfər Tehranın əsas tərəfdaşlarla həyata keçirdiyi daha geniş diplomatik təşəbbüsün bir hissəsi kimi qiymətləndirilir.
İran Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, Əraqçinin gündəliyinə qarşılıqlı əməkdaşlıq, eləcə də regional və beynəlxalq məsələlərlə bağlı müzakirələr daxil olacaq.