
Xəbər verdiyimiz kimi, Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ailə qurub.
Primeinfo.az xəbər verir ki, 43 yaşlı aktrisa toyundan fotoları sosial şəbəkə hesabında paylaşıb.
O, həyat yoldaşı ilə olan şəkillərinə ürək emojisi qoyub.
Nəsrin Cavadzadə toyun səhərisi günü isə çəkiliş meydançasında görünüb. Türkiyənin “Kanal D” telekanalında yayımlanacaq “Daha 17” serialında rol alan aktrisa toyundan sonra ilk müsahibəsini verib.
“20 illik karyeramda ailə qurub, çəkilişə gəldiyim olmamışdı. Mən də çox həyəcanlıyam. Çəkiliş saatım bu gün çox erkən idi, yalvardım ki, mənə 1 saat da zaman verin, gec gəlim. Duyğularım yenidir, hələ tam həzm etməmişəm. Heç bir şey başa düşmədən birbaşa çəkilişə gəlmişəm. Yəqin “jeton sonradan düşəcək”, – deyə o bildirib.
Qeyd edək ki, Nəsrin Cavadzadənin toyu Bodrumda olub. O, özündən 6 yaş kiçik Kadir Taner Uçarla ailə qurub. Toy mərasimi dost-tanış əhatəsində gizli keçirilib.















