Xəbər axtarın

Son axtarış nəticələri:

Qızıl mağazasından oğurluq edən şəxs SAXLANILIB

05.05.2026 13:50

Qızıl mağazasından oğurluq edən şəxs SAXLANILIB

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən qızıl mağazalarının birindən oğurluq edən əvvəllər məhkum olunmuş 33 yaşlı Ağaverdi Ağaşov saxlanılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, araşdırmalar zamanı adıçəkilən şəxsin qohumuna məxsus mağazadan 12 500 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş: