Xəbər axtarın

Son axtarış nəticələri:

SEPAH-ın Hörmüz boğazında yeni nəzarət ZONASI

04.05.2026 15:35

SEPAH-ın Hörmüz boğazında yeni nəzarət ZONASI

Hörmüz boğazında İran ordusunun nəzarət və idarə etdiyi yeni zona müəyyənləşdirilib.

Primeinfo.az-ın məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

SEPAH-dan bildirilib ki, bu zona cənubdan İranda yerləşən Kuh-e Mobarak ilə BƏƏ-nin Fuceyra şəhərinin cənubu arasındakı xətdən, qərbdən isə İranda yerləşən Qeşm adasının son nöqtəsi ilə BƏƏ-nin Umm əl-Küveyn ərazisi arasındakı xətdən ibarətdir.

Eyni zamanda, qeyd olunub ki, qanunu pozan gəmilər saxlanılacaq.

“SEPAH-ın Dəniz Qüvvələri tərəfindən müəyyən edilmiş tranzit protokollarına uyğun hərəkət edən və koordinasiya ilə hərəkət edən mülki və ticarət gəmilərinin təhlükəsizliyi təmin olunacaq”, – məlumatda deyilir.

Paylaş: