
İran Prezidenti Məsud Pezeşkian Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) zərbələrlə bağlı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərəkətlərindən kəskin narazılığını ifadə edərək, onları “tamamilə məsuliyyətsiz” adlandırıb.
Primeinfo.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Pezeşkian bu hərəkətlərin ölkənin siyasi rəhbərliyinin xəbəri olmadan və koordinasiyasız həyata keçirildiyini diqqətə çatdırıb. O, region ölkələri ilə gərginliyin artması halında “potensial olaraq geridönüşü olmayan nəticələr” barədə xəbərdarlıq edib.
İkinci müharibə riski səbəbindən İran prezidenti SEPAH-ın Fars körfəzi dövlətlərinə hücumlarına dərhal son qoymaq və eskalasiyanın davam etməsinin qarşısını almaq üçün ali lider Müctəba Xamneyi ilə təcili görüş istəyib.
“Pezeşkian mümkün beynəlxalq reaksiyadan dərin narahatlıq keçirir və hesab edir ki, ölkə daha bir tammiqyaslı müharibəyə tab gətirə bilməz”, – deyə məlumatda bildirilib.
