Ukrayna Xəzər dənizində Rusiyaya məxsus iki gəmini hədəfə alıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb. Məlumata görə, Ukrayna Xüsusi Əməliyyat Qüvvələri “Qara qığılcım” müqavimət mərkəzi ilə əməkdaşlıq nəticəsində Rusiyaya məxsus – “Bəstəkar Raxmaninov” və “Askar-Sarıca” iki gəmi Xəzər dənizinin Kalmıkiya Respublikası sahilləri yaxınlığında vurulub.
Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Bölməsinin əməkdaşlarının tədbirləri ilə Xəzər dənizidə qadağan edilən üsul və vasitələrlə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb. Primeinfo.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, R.Musayevdən “Yamaha” mühərrikli motorla təchiz edilmiş qayıq, sintetik tor, ov alətləri, eləcə də qanunsuz olaraq ovlanan müxtəlif növ balıq aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
“Qazaxıstan Dəmir Yolu” Milli Şirkətinin törəməsi olan “KazmorTransFlot” şirkəti Orta Dəhliz marşrutu üzrə yükdaşımaları artırmaq məqsədilə 6 yeni konteyner daşıyan gəmi alır. Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu şirkətin İdarə Heyətinin sədri Talqat Aldıbergenov MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində jurnalistlərə açıqlaması zamanı deyib. O bildirib ki, Orta Dəhlizlə bağlı əsas çətinlik Xəzər dənizində gəmi və bərə çatışmazlığıdır.
Xəzər dənizində zəlzələ olub. Bu barədə Primeinfo.az Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, 13:30-da qeydə alınan zəlzələnin maqnitudası 3, dərinliyi 60 km olub.
Oktyabrın 13–23-də Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin təşkilatçılığı ilə Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə keçirilən ekspedisiya uğurla yekunlaşıb. Primeinfo.az-a Balıqçılıq və Akvakultura Mərkəzindən verilən məlumata görə, ekspedisiya AMEA Zoologiya İnstitutu, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, eləcə də Türkiyə Respublikasından dəvət olunan mütəxəssislərin iştirakı ilə həyata keçirilib. Ekspedisiya müddətində Xəzər dənizinin müxtəlif bölgələrində, həmçinin daxili su hövzələrində balıq və digər su bioresurslarının populyasiyası, biomüxtəlifliyi və ekoloji vəziyyəti ilə bağlı nümunələr toplanıb, ilkin elmi müşahidələr aparılıb.
Xəzər dənizinin dayazlaşması bu gün regionun ən kəskin ekoloji problemlərindən biridir. Bütün Xəzəryanı ölkələr üçün əməkdaşlığı gücləndirmək, elmi məlumatları aktiv şəkildə mübadilə etmək və bu prosesin nəticələrini yumşaltmaq üçün razılaşdırılmış tədbirlər hazırlamaq son dərəcə vacibdir. Primeinfo.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Kazinform” agentliyinə müsahibəsində bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə oktyabrın 2-3-də Bakı Konqres Mərkəzində “Xəzər dənizi üçün dönüş nöqtəsi: COP29 və UNOC 2025 nəticələrindən COP30 üzrə fəaliyyətə keçid” mövzusunda beynəlxalq konfrans keçirilib. Primeinfo.az xəbər verir ki, oktyabrın 3-də açılış sessiyasında çıxış edən Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, “Great Whale Conservancy” təşkilatının təsisçisi və direktoru Maykl Fişbax, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş əməliyyat direktoru Yucin Six və tədbirə onlayn qoşulan BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Cenevrə Qlobal Resurs Məlumat Bazasının direktoru Paskal Peduzzi dünyanın ən böyük və analoqu olmayan su hövzəsi olan Xəzər dənizinin problemlərindən bəhs edib, dəniz səviyyəsinin azalması, bioresursların tükənməsi, sahilyanı ekosistemlərin deqradasiyası və çirklənmə kimi çağırışların hər bir dövlətin təkbaşına həll edəcəyi problemlər olmadığını diqqətə çatdırıblar. Qeyd olunub ki, Xəzərin səviyyəsində son onillikdə müşahidə olunan enmə prosesləri həm sahilyanı infrastruktur, həm də ekosistemlər üçün ciddi fəsadlar yaradır.
“Proqnozlar Xəzər dənizində suyun səviyyəsinin daha da azalacağını göstərir”. Primeinfo.az xəbər verir ki, bunu Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev “Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində keçirilən dəyirmi masada çıxışında deyib. Bildirib ki, Xəzər dənizi ilə bağlı proqnozlaşdırma modellərinin sayı 100-dən artıqdır.