Azərbaycanda aliment ödəməyən 2344 nəfər həbs olunub
2025-ci ildə Azərbaycanda aliment ödəməkdən yayınan 4299 borclu barədə inzibati xəta haqqında protokol tərtib edilib. Onlardan 2344 nəfər inzibati qaydada həbs olunub. Primeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb.