Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Anaklaudia Rossbax

İcraçı direktor: "WUF13 indiyədək keçirilmiş ən böyük Dünya Şəhərsalma Forumudur"

İcraçı direktor: "WUF13 indiyədək keçirilmiş ən böyük Dünya Şəhərsalma Forumudur"

Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) indiyədək təşkil olunmuş ən böyük Dünya Şəhərsalma Forumudur. Primeinfo.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi” adlı sessiyada BMT Baş katibinin müavini, BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) İcraçı direktoru Anaklaudia Rossbax bildirib. Onun sözlərinə görə, forumda 30 mindən çox nümayəndə iştirak edir.

UN-Habitat-ın icraçı direktoru: "Nyu-Yorkda şəhərsalma gündəliyini yeniləyəcəyik"

UN-Habitat-ın icraçı direktoru: "Nyu-Yorkda şəhərsalma gündəliyini yeniləyəcəyik"

Nyu-Yorkda şəhərsalma gündəliyini yeniləyəcəyik. Primeinfo.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən“Şəhərlər üçün Süni İntellekt – Şəhərsalma və Ağıllı, Davamlı İcmaların Qurulması” mövzusunda keçirilən sessiyada bildirib. O deyib ki, dünyada evsizlik üzrə çağırışlar hökm sürür: “Bu problemlə mübarizədə spesifik olaraq iş proqramlarımız var.

Anaklaudia Rossbax: Nazirlərin görüşü dayanıqlı urbanizasiya üçün mühüm imkandır

Anaklaudia Rossbax: Nazirlərin görüşü dayanıqlı urbanizasiya üçün mühüm imkandır

Bugünkü tədbir dayanıqlı urbanizasiya sahəsində qarşıdakı addımları müəyyənləşdirmək üçün mühüm imkandır. Primeinfo.az xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax yeni urbanizasiya gündəliyi mövzusuna həsr olunmuş nazirlər görüşündə bildirib. O əlavə edib ki, Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşü ilə proqramın icrasının ilk onilliyinə yekun vurulacaq: “Bu nazirlər görüşü icranın ilk onilliyinə yekun vurmaq və əlçatan mənzil məsələsini şəhər transformasiyasının növbəti onilliyinin mərkəzinə çıxarmaq üçün mühüm platformadır”.