Xəbər axtarın

Son axtarış nəticələri:

İki futbolçu 200-cü oyununu keçirib - FOTO

18.05.2026 17:10

İki futbolçu 200-cü oyununu keçirib - FOTO

Misli Premyer Liqasının 32-ci turu “Kəpəz”in futbolçusu Ehtiram Şahverdiyev və “Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev üçün əlamətdar olub.

Primeinfo.az Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, onlar Misli Premyer liqasında 200-cü oyunlarını keçiriblər.

Belə ki, E.Şahverdiyev üçün Yubiley “Araz-Naxçıvan”la səfər görüşünə (2:0) təsadüf edib. O bu qarşılaşmalarda 6 qola imza atıb. Premyer Liqada 2015/16 mövsümündə “Qəbələ” forması ilə debüt edən Şahverdiyev dörd klubda çıxış edib.

Ehtiram “Kəpəz”də daha çox – 96 matça (üç qol) çıxıb. O, “Sumqayıt”da 43 (bir qol), “Qəbələ”də 35 (bir qol), “Turan Tovuz”da 26 (bir qol) dəfə meydana çıxıb.

A.İsayev isə 200-cü oyuna “Neftçi” ilə ev matçına (1:2) start heyətində çıxıb. Debütü 2018/19 mövsümündə “Sumqayıt” forması ilə gerçəkləşən Aleksey yubiley matçında qol sevinci də yaşayıb. Bu, yarımmüdafiəçinin 15-ci qolu olub. O, Premyer Liqada üç klubun formasını geyinib. İsayev “Sabah”da 118 (14 qol), “Qarabağ”da 44 (bir qol), “Sumqayıt”da 38 dəfə şans qazanıb.

İki futbolçu 200-cü oyununu keçirib - FOTO İki futbolçu 200-cü oyununu keçirib - FOTO

Paylaş: