
“Bu dəfə biz (WUF13-də) rekord sayda iştirakçıları qəbul edirik”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı söyləyib.
“Bu, ikinci ən böyük beynəlxalq tədbirdir ki, COP29-dan sonra Azərbaycanda keçirilir. Bu səhər mənə verilən məlumata görə, 182 ölkədən 45 mindən çox iştirakçı qeydiyyatdan keçib ”, – dövlət başçısı qeyd edib.