Xəbər axtarın

Son axtarış nəticələri:

Şavkat Mirziyoyev : "İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yolu keçir"

18.05.2026 15:20

Şavkat Mirziyoyev : "İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yolu keçir"

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, xüsusilə Qarabağ torpaqlarında sürətli və genişmiqyaslı inkişaf yolu keçir.

Primeinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Liderlər sessiyasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.

“Qlobal inkişafın ən aktual məsələlərinin müzakirə olunduğu nüfuzlu platforma olan Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasında sizi salamlayıram və burada olmaqdan böyük məmnunluq duyuram. Bu gün Xəzərin incisi olan gözəl Bakı şəhərində keçirilən konfransın yüksək səviyyədə təşkilinə və bizə göstərilən səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına dərin minnətdarlığımı bildirirəm. Zati-aliləri, sizin rəhbərliyinizlə Azərbaycan, xüsusilə Qarabağ torpaqlarında sürətli və genişmiqyaslı inkişaf yolu keçir. Qısa müddət ərzində azad edilmiş ərazilərdə bütöv şəhərlər bərpa olunub, yeni yaşayış kompleksləri və müasir infrastruktur obyektləri inşa edilib. Fürsətdən istifadə edərək vurğulamaq istəyirəm ki, Özbəkistan belə nəcib təşəbbüslərə layiqli töhfə verməyə hazırdır”, – Özbəkistan Prezidenti qeyd edib.

Paylaş: