Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyəli nazir: "Azərbaycanda keçirilən WUF13 yüksək səviyyədə təşkil olunub"

18.05.2026 16:59

Türkiyəli nazir: "Azərbaycanda keçirilən WUF13 yüksək səviyyədə təşkil olunub"

Azərbaycanda keçirilən WUF13 yüksək səviyyədə təşkil olunub.

Primeinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum jurnalistlərə açıqlamasında deyib.

Murat Kurum bildirib ki, COP31 çərçivəsində bu məsələlər bir daha müzakirə olunacaq.

“Türkiyə və Azərbaycan prezidentlərinin iki ölkənin siyasəti baxımından qəbul etdiyi qərarlar həm ayrı-ayrılıqda, həm də hər iki ölkəni inkişafa aparır. Güclərimizi daha da artırmağı hədəfləmişik”, – deyə o vurğulayıb.

Paylaş: