
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Tbilisi sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı müzakirələr aparır.
Primeinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat məlumat verilib.
“Verilmiş tapşırığa əsasən Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı ADY tərəfindən Gürcüstan Dəmir Yolları ilə işçi qaydada texniki və təşkilati məsələlərə dair müzakirələr aparılır”, – ADY-dən bildirilib.
ADY müzakirənin təfərrüatlarını açıqlamayıb.