İcraçı direktor: "WUF13 indiyədək keçirilmiş ən böyük Dünya Şəhərsalma Forumudur"
Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) indiyədək təşkil olunmuş ən böyük Dünya Şəhərsalma Forumudur. Primeinfo.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi” adlı sessiyada BMT Baş katibinin müavini, BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) İcraçı direktoru Anaklaudia Rossbax bildirib. Onun sözlərinə görə, forumda 30 mindən çox nümayəndə iştirak edir.