Xəbər axtarın

Son axtarış nəticələri:

WUF13: Bakı Davamlılıq Koalisiyasının yüksək səviyyəli iclası keçirilir

19.05.2026 16:50

WUF13: Bakı Davamlılıq Koalisiyasının yüksək səviyyəli iclası keçirilir

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Şəhər iqlim fəaliyyəti və davamlı urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyası”nın yüksək səviyyəli iclası keçirilir.

Primeinfo.az xəbər verir ki, tədbir COP29 zamanı yaradılmış Bakı Davamlılıq Koalisiyasının (BCC) fəaliyyətinin genişləndirilməsinə və şəhər iqlim idarəçiliyində davamlılığın təmin olunmasına həsr edilib.

Qeyd olunub ki, təşəbbüs Azərbaycan sədrliyinin irsi kimi formalaşıb və COP ilə Ümumdünya Şəhərsalma Forumu (WUF) prosesləri arasında əlaqələndirməni gücləndirməyi hədəfləyir.

Paylaş: