Xəbər axtarın

Son axtarış nəticələri:

Ceyhun Bayramov: "Cənubi Qafqaz sülh və əməkdaşlıq imkanlarına doğru irəliləyir"

19.05.2026 13:53

Ceyhun Bayramov: "Cənubi Qafqaz sülh və əməkdaşlıq imkanlarına doğru irəliləyir"

Azərbaycan keçmiş münaqişə zonasına milyardlarla dollar sərmayə yatırır.

Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Şəhərsalma Forumununun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanın genişmiqyaslı yenidənqurma işləri eyni zamanda sülh quruculuğu strategiyasının ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir:

“Bu, hamı üçün daha yaxşı, firavan gələcək qurmaq strategiyasıdır. Azərbaycanın qətiyyətli mövqeyi və addımlarından sonra Cənubi Qafqaz onilliklər boyu davam edən qeyri-sabitlikdən həqiqi sülh və əməkdaşlıq imkanlarına doğru irəliləyir. Uzun illər davam edən münaqişənin başa çatması və Azərbaycanın suverenliyi ilə ərazi bütövlüyünün tam bərpası regional dinamikanı dəyişdirib, sülh və təhlükəsizlik üçün əsas təhdidlərdən birini aradan qaldırıb və regional əməkdaşlıq üçün yeni perspektivlər yaradıb”.

Paylaş: