
Ümumdünya Şəhərsalma Forumunda ilk dəfə iştirak edirəm və çox müsbət təəssüratım var. Tədbirin Bakıda təşkili yüksək səviyyədədir.
Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Ağ şəhər rayonunda yerləşən “Day Art Gallery”nin meneceri Sopio Dvalişvili bildirib.
“Dinamik inkişaf edən Ağ şəhər rayonunda yerləşən Day Art Gallery”də çalışıram. Bu beynəlxalq forumda iştirakımdan çox məmnunam. Burada əməkdaşlıq və ideya mübadiləsi mühiti hökm sürür”, – deyə o qeyd edib.
Dvalişvili, həmçinin şəhərsalma və mədəniyyət sahəsində beynəlxalq dialoqun gücləndirilməsi baxımından bu cür platformaların əhəmiyyətini vurğulayıb.