
Keçmiş futbolçu Devid Bekhem Böyük Britaniyanın ilk milyarder idmançısı olub.
Primeinfo.az-ın “The Times” nəşrinə istinadən məlumatına görə, 51 yaşlı Devid Bekhem və həyat yoldaşı, dizayner Viktoriya Bekhemin ümumi sərvəti bu il 1,6 milyard dollara çatıb.
Sərvətin əhəmiyyətli dərəcədə artması daşınmaz əmlaka yatırılan investisiyalarla bağlıdır. Bekhemlər Mayamidə dəyəri 80 milyon dollar olan evə, memarlıq abidələri siyahısına daxil edilmiş Holland-Parkdakı malikanəyə və Kottsuolds bölgəsində yerləşən 16 milyon dollarlıq iqamətgaha sahibdirlər.
Bundan başqa, Devid Bekhem “Inter Miami CF” futbol klubuna da sərmayə yatırıb. Hazırda onun klubdakı payının dəyəri 402 milyon dollar qiymətləndirilir.
Viktoriya Bekhemin sərvəti isə “Spice Girls” qrupunun üzvü kimi şöhrət qazandıqdan sonra qurduğu moda brendindən gəlir.