Xəbər axtarın

Son axtarış nəticələri:

Tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək - FƏRMAN

19.05.2026 16:34

Tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək - FƏRMAN

İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək.

Primeinfo.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

 

Fərmana əsasən, Nazirlər Kabineti 3 ay müddətində “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin Siyahısı”nın təkmilləşdirilməsinə dair zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Nazirlər Kabineti bu müddət ərzində “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”ndə narkoloji xəstələr üçün məhdudiyyətin müddətinin müvafiq peşə növləri və vəzifələr üzrə təkmilləşdirilməsinə dair də zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Paylaş: