Xəzər dənizində ZƏLZƏLƏ
Xəzər dənizində ZƏLZƏLƏ
Xəzər dənizində ZƏLZƏLƏ
Xəzər dənizinin Qazaxıstan sahillərində Manqistau Regional Ekologiya Departamentinin mütəxəssisləri tərəfindən nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olan 35 suiti cəsədi tapılıb. Primeinfo.az Oxu.az-a istinadə xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib. Məlumata əsasən, tələf olmuş heyvanlar 19 may tarixində Tupqaraqan rayonu ərazisində, Bautino kəndi və Fort Şevçenko şəhərinin yaxınlığında aşkarlanıb.
“Son illərdə Xəzər dənizində su səviyyəsinin azalması sahilyanı icmalar, ekosistemlər, nəqliyyat bağlantıları və regional infrastruktur üçün artan ekoloji, iqtisadi və sosial risklər yaradır”. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib. O bildirib ki, dünya əhalisinin 55%-dən çoxu şəhər ərazilərində yaşayır və bu göstəricinin 2050-ci ilə qədər təxminən 70%-ə çatacağı proqnozlaşdırılır: “Bu gün iqlim miqrasiyası ilə bağlı müzakirələr əvvəlkindən daha аktual xarakter daşıyır.
Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Priminfo az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 08:45-də qeydə alınan yeraltı təkanın maqnitudası 3,7, zəlzələ ocağının dərinliyi isə 19 kilometr olub.
Xəzərdə zəlzələ olub. Bu barədə Primeinfo.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. 3.2 maqnitudalı yeraltı təkan yerli vaxtla 09:57-də, 20 km dərinlikdə baş verib.
Xəzər dənizində zəlzələ olub.
Xəzər dənizinin sahilboyu ərazilərində batağan (Podicipedidae) quşlarının kütləvi ölümü qeydə alınıb. Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xaçmazın Niyazabad kəndi yaxınlığında dəniz kənarında minlərlə quş cəsədlərinə rast gəlinir. Cəsədlər kilometrlərlə məsafədə sahilboyu əraziyə səpələnib.
“Yeni dünya düzəni qurmaq istəyən dövlətlərin qarşısındakı əsas məsələlərdən biri Xəzər dənizi ilə bağlıdır. Xəzər dənizi uğrunda mübarizə gedəcək”.
Zəngəzur dəhlizi sayəsində Türk dünyasına və türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik.
Dekabrın 9-da Astara rayonunun Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.