
2025-ci ildə Azərbaycanda qadın məhkumların sayı artıb, kişilərin sayı isə azalıb.
Primeinfo.az-ın məlumatına görə, məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb.
Hesabatda bildirilib ki, azadlıqdan məhrum edilmiş məhkumların sayına münasibətdə kişilər 96,7%, qadınlar isə 3,3% təşkil edir. 2024-cü ildə bu göstəricilər müvafiq olaraq 97,1% və 2,9% olub.
Qeyd olunub ki, 2024-cü illə müqayisədə hesabat ilində azadlıqdan məhrum edilmiş kişilərin sayı 4,9% azalıb, qadınların sayı isə 7,9% artıb.
Məlumata əsasən, 2025-ci ildə probasiya qeydiyyatında olan məhkumların 93,3%-i kişilər, 6,7%-i isə qadınlardır. 2024-cü ildə bu göstəricilər 94,1% və 5,9% təşkil edib.
Hesabatda vurğulanıb ki, 2024-cü illə müqayisədə hesabat ilində probasiya qeydiyyatında olan məhkum kişilərin sayı 12% azalıb, qadınların sayı isə 0,9% artıb.