
Türkiyənin Malatya şəhərində 5,6 bal gücündə zəlzələ baş verib.
Primeinfo.az xəbər verir ki, yeraltı təkanlar vilayətin Battalqazi rayonunda qeydə alınıb.
Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı rəsmi məlumata görə, yerli vaxtla saat 09:00-da baş verən zəlzələnin ocağı yerin 7,03 kilometr dərinliyində yerləşib.
Güclü sarsıntı Adıyaman, Elazığ və Kahramanmaraş başda olmaqla ətraf vilayət və rayonlarda da aydın hiss edilib.