
Bakıda “Sabah” və İspaniyanın “Barselona” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının liqa mərhələsinin V tur matçının hakim təyinatları müəyyənləşib.
Primeinfo.az xəbər verir ki, qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi FIFA referisi Nikolas Uolş olacaq. Ona yan xətt hakimləri Frensis Konnor və Deniel Makfarleyn köməklik göstərəcəklər. Dördüncü hakim vəzifəsini Donald Robertson yerinə yetirəcək.
VAR hakimi Endryu Dallas, onun köməkçisi (AVAR) isə Stiven Maklin olacaq.
Qeyd edək ki, “Sabah” – “Barselona” qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç saat 21:45-də başlayacaq.