Xəbər axtarın

Son axtarış nəticələri:

Anar Kərimov: "58 min ipoteka müqaviləsi bağlamışıq"

21.05.2026 12:51

Anar Kərimov: "58 min ipoteka müqaviləsi bağlamışıq"

58 min ipoteka müqaviləsi bağlamışıq. Gənc ailələrə öz evlərinə sahib olmaları üçün bu, əlverişli alətdir.

Primeinfo.az xəbər verir ki, bu barədə maliyyə nazirinin birinci müavini Anar Kərimov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Mənzil maliyyələşdirilməsi üçün yeni bir saziş” mövzusunda keçirilən panel iclasında çıxışı zamanı deyib.

Nazir müavininin sözlərinə görə, dövlət güzəştli ipotekaya dəstək verməkdə davam edir.

“Güzəştli ev təminatı əsas kateqoriyalar üçün də verilir. Bu, həm dövlət işçilərinə aiddir, həm də publik sektorda işləyən mütəxəssislərə verilir. İkinci məsələ rəqəmsallaşdırma məsələdir ki, bu da maliyyələşmədə əsas məqamdır”, – deyə Anar Kərimov əlavə edib.

Paylaş: