
“Prezident İlham Əliyevin Qırğızıstana səfəri Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafı ilə yanaşı, iki qardaş xalq arasında tarixi köklərə dayanan mədəni və mənəvi əlaqələrin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır”. Bu sözləri Primeinfo.az-a açıqlamasında Qeyri-Maddi Mədəni İrsin İnkişafına Dəstək İB-nin sədri, dosent Aynur İbrahimova bildirib.
Primeinfo.az xəbər verir ki, onun sözlərinə görə, ortaq türk tarixi, dil, milli-mədəni dəyərlər və ənənələr xalqlarımızı birləşdirən əsas amillərdəndir. “Bu səfər mədəni-humanitar əməkdaşlığın genişlənməsinə, xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə və Türk dünyasında həmrəyliyin güclənməsinə mühüm töhfə verir”, – deyə Aynur İbrahimova qeyd edib.