
Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 27 ildən artıq fəaliyyət göstərmiş aktrisa Ulduz Süleymanova vəfat edib.
Primeinfo.az-ın məlumatına görə, o, gənc yaşlarından etibarən 100-dən artıq obraza həyat verib.
Qeyd edək ki, Ulduz Süleymanova Azərbaycan Respublikası Prezidentinin mükafatçısı olub.
