
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının mayın 22-də ödənilməsi nəzərdə tutulub.
Bu barədə Primeinfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
“Beləliklə, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq”, – məlumatda deyilir.