Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR

13.05.2026 10:52

Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR

Türkiyə ilə Ermənistan birbaşa ticarəti bərpa edir.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli “X”-də yazıb.

O bildirib ki, Ermənistanla 2022-ci ildən davam edən normallaşma prosesi çərçivəsində həyata keçirilən etimad quruculuğu tədbirləri çərçivəsində Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqlar 11 may 2026-cı il tarixindən yekunlaşıb.

İki ölkə arasında ümumi sərhədin açılması üçün lazımi texniki və bürokratik işlər hələ də davam edir.

“Yeni tənzimləmə sayəsində artıq Türkiyədən üçüncü ölkəyə, oradan da Ermənistana gedən və ya Ermənistandan eyni marşrutla gələn malların son təyinat məntəqəsini və ya mənşəyini “Ermənistan/Türkiyə” kimi yazmaq mümkündür.

Cənubi Qafqazda davamlı sülhün və rifahın möhkəmləndirilməsi üçün istifadə edilən tarixi fürsətin işığında Türkiyə regionun bütün ölkələrinin və xalqlarının rifahı naminə iqtisadi əlaqələrin inkişafına və regionda əməkdaşlığın daha da inkişaf etdirilməsinə öz töhfəsini verməyə davam edəcəkdir”, – deyə o qeyd edib.

Paylaş: