
“Ölkədə kitabxanaların 90 faizdən çoxu beynəlxalq standartlara cavab vermir”.
Primeinfo.az xəbər verir ki, bu sözləri mədəniyyət nazirinin müavini Fərid Cəfərov iyunun 10-da Milli Məclisdə keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.
O bildirib ki, sistemdə olan işçilərin yalnız 7,7 faizi ixtisas təhsillidir:
“Kitabxanaların 20 faizi internetlə təmin edilib, 96 faizində isə avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi tətbiq olunmayıb”.