Xəbər axtarın

Son axtarış nəticələri:

Nəriman Həsənzadənin vəziyyəti ağırdır

29.06.2026 13:35

Nəriman Həsənzadənin vəziyyəti ağırdır

Xalq şairi Nəriman Həsənzadənin səhhəti ağır olaraq qalır.

Bu barədə Primeinfo.az Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.

Bildirilib ki, iyunun 29-u saat 09:30-a olan vəziyyətə əsasən, xroniki orqan çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə qəbul edilən şairin vəziyyəti ağır stabildir.

O da vurğulanıb ki, Nəriman Həsənzadənin kompleks müalicəsi davam etdirilir.

Qeyd edək ki, Xalq şairi iyunun 26-da xəstəxanaya yerləşdirilib.

Paylaş: