Xəbər axtarın

Son axtarış nəticələri:

Xameneinin oğulları müharibədən sonra ilk dəfə görüntüləndilər

05.07.2026 15:43

Xameneinin oğulları müharibədən sonra ilk dəfə görüntüləndilər

İranın sabiq ali rəhbəri Seyid Əli Xameneinin oğulları – Mustafa, Məsud və Meysəm Xamenei 40 günlük müharibənin başlanmasından sonra ilk dəfə Tehranda ictimaiyyət qarşısına çıxıblar.

Primeinfo.az xəbər verir ki, onlar atalarının vida mərasimində iştirak ediblər.

“Iran International”ın məlumatına görə, Xameneinin üçüncü oğlu Müctəba Xamenei mərasimdə iştirak etməyib. O, atasının ölümündən sonra İranın yeni ali rəhbəri kimi göstərilsə də, ictimaiyyət qarşısına çıxmayıb.

“The New York Times” (NYT) mənbələrə istinadən yazıb ki, yeni ali rəhbərin dəfn mərasimində iştirak etmək istəyi olub, lakin təhlükəsizlik xidməti buna icazə verməyib. Bildirilir ki, o, mart ayından bu yana ictimaiyyət qarşısına çıxmayıb və yalnız mərasimlərin bəzi hissələrində iştirak etmək istədiyini bildirib.

NYT-yə danışan iki İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) əməkdaşı isə onun görünüşünün “yerinin müəyyən edilə biləcəyi və gizləndiyi məkana aparan izlərin izlənilməsi riski” səbəbilə mümkün olmadığını deyib.

Xameneinin dəfn mərasiminin misli görünməmiş təhlükəsizlik tədbirləri altında keçirildiyi bildirilir. Tehran üzərində hava məkanı bağlanıb.

İran rəsmilərinin məlumatına görə, təkcə Tehranda keçirilən vida mərasimində 15-20 milyon insanın iştirak edə biləcəyi gözlənilir. Kompleksin girişlərində onlarla təhlükəsizlik əməkdaşı xidmət aparır və iştirakçılar xüsusi keçid icazəsi ilə içəri buraxılır.

Paylaş: