Xəbər axtarın

Son axtarış nəticələri:

Məktəb qarşısında yeni svetoforlar istifadəyə verildi - VİDEO

16.09.2026 19:08

Məktəb qarşısında yeni svetoforlar istifadəyə verildi - VİDEO

Paytaxtın Nəsimi rayonunda, 20 Yanvar küçəsində yerləşən Rövşən Nəsirov adına 111 nömrəli tam orta məktəbin qarşısında yeni düyməli svetoforlar quraşdırılaraq Bilik Günündə – yeni tədris ilinin ilk günündə müəllim və şagird heyətinin istifadəsinə verilib.

Primeinfo.az xəbər verir ki, dirəklər üzərində nəqliyyat və piyada svetoforları, həmçinin piyadaların hərəkətini tənzimləyən çağırıcı qurğular yerləşdirilib. Yeni svetoforların istifadəyə verilməsi ilə məktəb qarşısında piyada hərəkətinin daha təhlükəsiz və nizamlı təşkili təmin olunub.

Qeyd edək ki, svetoforların quraşdırılması “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilib.

 

Paylaş: