Binəqədidə oteldə 4 işçinin ölümü: Rəhbər şəxs həbs edildi
Binəqədidə otelin 4 işçisinin ölümündə təqsirləndirilən rəhbər şəxs həbs edilib.
Binəqədidə otelin 4 işçisinin ölümündə təqsirləndirilən rəhbər şəxs həbs edilib.
Azərbaycan vətəndaşı Xəlilov Əkbər Tariyel oğlu Rusiyadan Azərbaycana ekstradisiya edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Belə ki, Bakı şəhəri Qaradağ rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Əkbər Xəlilovun öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Zahidov Qənimət Səlim oğlu Baş Prokurorluğa çağırılıb. Primeinfo.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb. Qeyd edilib ki, Q.Zahidov 2025-ci il oktyabrın 20-də istintaqa dəvət edilib, lakin gəlməyib.
Murad Quliyev Baş Prokurorluğa çağırılıb. Primeinfo.az.az xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb. Məlumata görə, Murad Qüdrət oğlu Quliyevə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.
Yutub platformasında Diktator TV adlı kanalda Süleymanlı Süleyman və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar edən Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb. Primeinfo.az xəbər verir ki, Manaf Məmmədalı oğlu Cəlilzadəyə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib. Qeyd olunub ki, M.Cəlilzadə bu il noyabrın 24-də 14:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.
ABŞ-da yaşayan Vaqif Cəfər oğlu Allahverdiyev də Baş Prokurorluğa çağırılıb. APA xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb. ABŞ-da yaşayan hazırda Viktor Aleksandr kimi təqdim edilən Vaqif Allahverdiyev barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.
Altay Göyüşov da Baş Prokurorluğa çağırılıb. Primeinfo.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb. Qeyd olunub ki, təqsirləndirilən Göyüşov Altay Rəşid oğlu bu il noyabrın 21-də 16:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.
Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb. Primeinfo.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb. Məlumata görə, Oruclu Ərəstun Məmməd oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.
Xaricdə yaşayan jurnalist Sevinc Osmanqızı Baş Prokurorluğa çağırılıb.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 13-də davam etdirilib. Primeinfo.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub. İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.