Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Baş prokurorluq

Abid Qafarov Baş Prokurorluğa çağırıldı

Abid Qafarov Baş Prokurorluğa çağırıldı

Xaricdə yaşayan və özünü ictimai fəal kimi təqdim edən Abid Qafarov Baş Prokurorluğa çağırılıb. Primeinfo.az Teleqraf-a istinadən xəbərinə görə, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs Abid Qafarov Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib. Məlumatda cinayət prosesini həyata keçirən orqanın adı və ünvanı qeyd olunub.

Göyçə sahilində keçmiş nazirin ailə biznesi ifşa olundu

Göyçə sahilində keçmiş nazirin ailə biznesi ifşa olundu

[caption id="attachment_14173" align="aligncenter" width="667"]  [/caption] Ermənistan Baş Prokurorluğu “Göyçə (mətndə Sevan kimi gedir – red.) Milli Parkı”nın ərazisində yerləşən və keçmiş polis rəisi (əslində daxili işlər naziri – red.) Vladimir Qasparyanın həyat yoldaşının anasının adına rəsmiləşdirilmiş torpaq sahəsi ilə bağlı qanun pozuntuları aşkarlayıb. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə yerli prokurorluğun rəsmi məlumatında deyilir. Məlumata görə, Draxtik kəndi yaxınlığında yerləşən 0,74 hektarlıq torpaq sahəsində tikinti icazəsi olmadan bina inşa edilib.

Rüşvət qarşılığında əlillik verənlərə cinayət işi açıldı

Rüşvət qarşılığında əlillik verənlərə cinayət işi açıldı

Saxta diaqnozlarla və tibbi müayinədən keçirilmədən əlilliyin verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barədə ibtidai istintaq tamamlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib. “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlar, o cümlədən həmin xəstəxananın Poliklinika şöbəsinin müdiri və Həkim Məsləhət komissiyasının üzvü olmuş Əlişir Əliyev barədə daxil olmuş şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Kamran Əliyevdən tapşırıq: Vətəndaşların müraciətlərinə obyektiv baxın! - FOTO

Kamran Əliyevdən tapşırıq: Vətəndaşların müraciətlərinə obyektiv baxın! - FOTO

Baş prokuror Kamran Əliyev Abşeron rayon prokurorluğunun inzibati binasında Abşeron, Zəngilan rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Qəbulda iştirak edən 37 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Arayikgilin məhkəməsində prokurorlar çıxış edir - FOTO

Arayikgilin məhkəməsində prokurorlar çıxış edir - FOTO

Çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası davam etdirilib.

Baş Prokurorluq Qaradağ İH-də həbs edilən şəxslərin siyahısını AÇIQLADI

Baş Prokurorluq Qaradağ İH-də həbs edilən şəxslərin siyahısını AÇIQLADI

Qaradağ Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, rüşvət müqabilində torpaq üzərində mülkiyyət hüququnu rəsmiləşdirməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs edilib.

Baş Prokurorluqdan AMEA rəsmisinə XƏBƏRDARLIQ 

Baş Prokurorluqdan AMEA rəsmisinə XƏBƏRDARLIQ 

Baş Prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq edib.  Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında deyilir.  Qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsinin sabiq müdiri, hazırda həmin qurumun Rəyasət Heyəti Aparatının Sosial xidmətlər şöbəsinin müdiri Məmmədov Elton Arzuman oğlunun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə açıqlaması yayılıb.