Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) uşağının doğulması ilə əlaqədar kişilərə ödənişli məzuniyyət verilməsi ilə bağlı əmri e-qaydada formalaşdırmaq üçün yeni funksionallıq tətbiq edilib. Primeinfo.az-a bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, uşağının doğulmasını təsdiq edən tibbi arayış işçi tərəfindən təqdim edildikdən sonra işəgötürən ƏMAS-da: “Əmrlər” bölməsindən “Məzuniyyət əmri yarat” bölməsinə daxil olur, məzuniyyətin növünü seçir, məzuniyyətin hüquqi əsası kimi Əmək Məcəlləsinin 125-ci maddəsinin 4-cü hissəsini göstərir, işçiyə uşağının doğulmasından əvvəl və sonrakı dövr üzrə 14 təqvim günü ödənişli məzuniyyət verilməsinə dair əmri ƏMAS üzərində formalaşdırır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə yanvar ayının pensiya ödənişini yekunlaşdırıb. Nazirlikdən Primeinfo.az-a verilən məlumata görə, yanvarın 13-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Ünvanlı dövlət sosial yardımı 2018-ci ildə 108 milyon manatdan 2026-cı ildə 465 milyon manata qədər yüksəlib, bu da son 7 il ərzində 4,3 dəfə artım deməkdir. Primeinfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev AzTV-də “Hədəf” verilişində deyib. Onun sözlərinə görə, ünvanlı dövlət sosial yardımının orta məbləği 2,4 dəfə, yaşayış minimumu 73 faiz artıb: “Ehtiyac meyarının isə 2,3 dəfə artımına nail olunub”.
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Görmə qabiliyyəti məhdud şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsini ziyarət ediblər. Primeinfo.az xəbər verir ki, əvvəlcə qonaqlar uşaqların iştirakı ilə təşkil olunan kiçik bədii-musiqili çıxışları izləyiblər. Sonra şöbənin fəaliyyəti ilə yaxından tanış olub, həkim, psixoloq, fəza oriyentasiyası otaqlarına baxış keçiriblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 115 mənzil verilib. Primeinfo.az xəbər verir ki, mənzillər Bakı və Naftalan şəhərlərində, Abşeron, Sabirabad, Oğuz, Qax, Lənkəran, Astara, Zərdab, Ağcabədi, Göyçay, Ağdaş, Qazax, Yevlax və Kürdəmir rayonlarında yeni yaşayış binalarından təqdim edilib. Bakıda 4 saylı DOST Mərkəzində mənzillərin sənədlərinin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev həssas əhali qruplarına aid vətəndaşlarla bağlı həyata keçirilən sosial müdafiə tədbirlərini diqqətə çatdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.
Hazırda dövlət icbari şəxsi sığorta üzrə toplanan vəsaitdən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi üçün də istifadə edilir. Primeinfo.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, parlamentin qəbul etdiyi yeni qanunvericilik aktları həmin vəsaitdən ümumi səbəblərdən əlilliyi olan şəxslər üçün də istifadə edilməsini nəzərdə tutur. Belə ki, ümumi səbəblərdən əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı dövlət büdcəsi ilə yanaşı, dövlət icbari şəxsi sığorta üzrə toplanan vəsait hesabına da həyata keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib. Bu barədə Primeinfo.az-a Nazirlikdən məlumat verilib. Habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.
Bu il daha 138 uşaq övladlığa verilib. Primeinfo.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib. Eyni zamanda, ötən dövrdə himayədar ailələrə verilən uşaqların sayının 57-ə çatdığı qeyd olunub.
“İordaniya ilə əczaçılıq sahəsində müştərək layihələrimiz ola bilər. İki ölkənin kənd təsərrüfatı sahəsində kifayət qədər potensialı mövcuddur. “Biz İordaniya bazarında bu sahənin potensialını görürük”.