Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb. Primeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb. Fərmana əsasən, nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinlərinin sayı 5-ə çatdırılıb.

Ölkə üzrə pensiyalar tam ödənilib

Ölkə üzrə pensiyalar tam ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq respublika üzrə mart ayının pensiya ödənişləri qrafikdən əvvəl başa çatdırılıb. Bu barədə Primeinfo.az-a ƏƏSMN-dən məlumat verilib. Bildirilib ki, martın 6-da Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

ŞAD XƏBƏR: Bayramlara görə pensiya, müavinət və təqaüdlər tez ödəniləcək

ŞAD XƏBƏR: Bayramlara görə pensiya, müavinət və təqaüdlər tez ödəniləcək

Qarşıdan gələn bayramlarla əlaqədar martda pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödəniləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, martın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyalarının ödənilməsi nəzərdə tutulub.

ƏƏSMN-in nümayəndələri uşaq əməyinə dair VI Qlobal Konfransda iştirak ediblər

ƏƏSMN-in nümayəndələri uşaq əməyinə dair VI Qlobal Konfransda iştirak ediblər

Nazirliyin nümayəndələri uşaq əməyinin aradan qaldırılmasına dair VI Qlobal Konfransda iştirak ediblər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Azər Rəhimov uşaq əməyinin aradan qaldırılmasına dair VI Qlobal Konfransda (Mərakeş) iştirak ediblər. Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə keçirilən Konfrans uşaq əməyinin bütün formalarının aradan qaldırılması istiqamətində səylərin sürətləndirilməsi məqsədilə hökumət nümayəndələrini, işəgötürən və işçi təşkilatlarını, habelə beynəlxalq tərəfdaşları bir araya gətirib. Tədbir çərçivəsində aparılan müzakirələr zamanı Nazirliyin nümayəndələri uşaq əməyinin qarşısının alınmasına yönəlmiş hüquqi çərçivənin gücləndirilməsi, əmək müfəttişliyi mexanizmlərinin təkmilləşdirilməsi və sosial müdafiə tədbirlərinin genişləndirilməsi sahəsində ölkəmizdə aparılan işlər barədə məlumat veriblər.

Bu gün pensiyaların ödənişinə başlanılır - ƏƏSMN

Bu gün pensiyaların ödənişinə başlanılır - ƏƏSMN

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 13-də fevral ayının pensiyalarının ödənişinə başlayacaq. Bu barədə Primeinfo.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, cari ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar bu artımlarla birgə və yanvar ayının artımı da əlavə olunmaqla veriləcək.

"Fərdi hesabında 50 min olan şəxsin pensiya kapitalı 2800 manat artacaq" - Nazir müavini 

"Fərdi hesabında 50 min olan şəxsin pensiya kapitalı 2800 manat artacaq" - Nazir müavini 

“Fərdi hesabında 50 min manat olan şəxsin pensiya kapitalı 2800 manat artacaq”. Primeinfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev fevralın 10-da keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, bu da pensiya kapitalının təkcə aylıq sosial sığorta ayırmaları hesabına deyil, hər il indeksləşdirilmə yolu ilə artması deməkdir: “Məqsədimiz yalnız birədəfəlik artımlar deyil, davamlı və proqnozlaşdırılan sosial təminat siyasətidir”.

3000-dən çox şəxsə əmək pensiyası təyin olunub

3000-dən çox şəxsə əmək pensiyası təyin olunub

2026-cı ilin yanvar ayı ərzində 3 754 şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə Primeinfo.az-a Dövlət Sosial Müdafiə Xidmətindən bildirilib. Qeyd edilib ki, həmin şəxslərin 63,43%-ni kişilər, 36,57%-ni isə qadınlar təşkil edib.

ƏMAS-da atalıq məzuniyyəti ilə bağlı yeni funksionallıq tətbiq edilib

ƏMAS-da atalıq məzuniyyəti ilə bağlı yeni funksionallıq tətbiq edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) uşağının doğulması ilə əlaqədar kişilərə ödənişli məzuniyyət verilməsi ilə bağlı əmri e-qaydada formalaşdırmaq üçün yeni funksionallıq tətbiq edilib. Primeinfo.az-a bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, uşağının doğulmasını təsdiq edən tibbi arayış işçi tərəfindən təqdim edildikdən sonra işəgötürən ƏMAS-da: “Əmrlər” bölməsindən “Məzuniyyət əmri yarat” bölməsinə daxil olur, məzuniyyətin növünü seçir, məzuniyyətin hüquqi əsası kimi Əmək Məcəlləsinin 125-ci maddəsinin 4-cü hissəsini göstərir, işçiyə uşağının doğulmasından əvvəl və sonrakı dövr üzrə 14 təqvim günü ödənişli məzuniyyət verilməsinə dair əmri ƏMAS üzərində formalaşdırır.