Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində 40,4 min şəxsə əlillik təyin edilib. Primeinfo.az xəbər verir ki, onlardan 18,3 min şəxsə ilkin, 22,1 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb. Ətraflı Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb. Bu barədə Primeinfo.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sentyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin avqust ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Respublika üzrə pensiyaların sentyabrın 23-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Primeinfo.az-a ƏƏSMN-in tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.