Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Gömrük Məcəlləsi

Artıq diplomatların da baqajları yoxlanılacaq

Artıq diplomatların da baqajları yoxlanılacaq

Diplomatların şəxsi baqajına dair gömrük güzəşti ləğv edilir Primeinfo.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçıları, diplomatik heyətin üzvləri və onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajlarının gömrük baxışından azad olunması ilə bağlı norma ləğv edilir. Həmçinin layihəyə əsasən, xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin inzibati-texniki heyəti və həmin əməkdaşlar, eləcə də onlarla birlikdə yaşayan ailə üzvləri (Azərbaycan vətəndaşı olmadıqda və ya ölkədə daimi yaşamadıqda) şəxsi istifadə üçün malları gömrük ödənişlərindən azad şəkildə ölkəyə gətirə bilərlər.

Maşınınız dövlət mülkiyyətinə bu halda KEÇƏ BİLƏR

Maşınınız dövlət mülkiyyətinə bu halda KEÇƏ BİLƏR

Rəsmiləşdirilməyən mallar 6 aydan sonra dövlət mülkiyyətinə keçəcək Primeinfo.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliklərə görə, gömrük sərhədini keçdiyi gündən 6 ay müddətində rəsmiləşdirilməyən və ya rəsmiləşdirilməsi başa çatdırılmayan mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək. Belə ki, mövcud qaydalara əsasən yalnız məhkəmə qərarı ilə müsadirə edilən və ya şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar dövlət mülkiyyətinə keçirdi.