Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Hikmət Hacıyev

Hikmət Hacıyev: "D-8 Media Mükəmməllik Mərkəzi təşəbbüsü artıq nəticə verir"

Hikmət Hacıyev: "D-8 Media Mükəmməllik Mərkəzi təşəbbüsü artıq nəticə verir"

D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması Azərbaycan hökuməti tərəfindən tam dəstəklənir. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı zamanı deyib. O bildirib ki, Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü kimi bu qurumun fəaliyyətinə və gündəliyinə böyük önəm verir.

Hikmət Hacıyev Özbəkistan rəsmiləri ilə görüşdü - FOTO

Hikmət Hacıyev Özbəkistan rəsmiləri ilə görüşdü - FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 13-də Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Kontent İstehsalı Mərkəzinin direktoru Kobuljon Akhmedov, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdirinin birinci müavini Akramjon Fozilov, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Dilşod Saidjanov və Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Kontent İstehsalı Mərkəzinin şöbə müdiri Tokhir Umarov ilə görüşüb. Primeinfo.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı vurğulanıb. Bu xüsusda iki ölkənin prezidentləri arasında mövcud olan səmimi və etimada əsaslanan münasibətlərin əlaqələrin inkişafında mühüm rol oynadığı qeyd edilib.

Hikmət Hacıyev "Tiktok" və "Linkedin"in məsul şəxsləri ilə görüşdü - FOTO

Hikmət Hacıyev "Tiktok" və "Linkedin"in məsul şəxsləri ilə görüşdü - FOTO

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində bir sıra sosial media şəbəkəsinin məsul şəxsləri ilə görüşüb. Primeinfo.az xəbər verir ki, o, bu barədə özünün “X” sosial media hesabında yazıb. “TikTok”un Şərqi Avropa üzrə hökumətlə əlaqələr və ictimai siyasət departamentinin rəhbəri Diana Ryan, “Linkedin”in Avropa, Yaxın Şərq və Afrika və Latın Amerikası regionları üzrə dövlət sektoru və qeyri-kommersiya təşkilatları ilə satış departamentinin rəhbəri “Seamus Clancy”, eləcə də “Dharana Digital” şirkətinin direktoru, süni intellekt və sosial media üzrə ekspert, tədqiqatçı və müəllif Dr.

Hikmət Hacıyev Baş katibin xüsusi nümayəndəsi ilə Azərbaycan–NATO tərəfdaşlığını müzakirə edib

Hikmət Hacıyev Baş katibin xüsusi nümayəndəsi ilə Azərbaycan–NATO tərəfdaşlığını müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi “X” hesabında bildirib. “Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və biz əməkdaşlığın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmişik.