Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: İlham Əliyev

Prezident: "Tarixi Zəfərimizin 5 illiyində hərbi parad keçirəcəyik"

Prezident: "Tarixi Zəfərimizin 5 illiyində hərbi parad keçirəcəyik"

“Qeyd etdiyim kimi, bir neçə gündən sonra biz tarixi Zəfərimizin beş illiyini qeyd edəcəyik. Hərbi parad təşkil ediləcək”. Primeinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı bildirib.

Prezident: "Yaxın aylarda geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək"

Prezident: "Yaxın aylarda geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək"

“Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı ölkəyə çox yaxşı xəbərlər gələcək”. Primeinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley yığıncağında çıxışı zamanı söyləyib. Dövlət başçısı vurğulayıb ki, geoloji kəşfiyyat işləri xüsusilə Qarabağda və Şərqi Zəngəzurda çox böyük əhəmiyyət kəsb edir.

Hikmət Hacıyev: "ABŞ–Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"

Hikmət Hacıyev: "ABŞ–Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"

Prezident İlham Əliyevin avqustun 8-də ABŞ-yə səfəri əsnasında ABŞ-Azərbaycan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə əlaqədər ABŞ ilə Azərbaycan arasında anlaşma memorondumu imzalanıb. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Baku TV”yə müsahibəsində deyib. H.Hacıyev qeyd edib ki, bu anlaşma memorandumunun şərtlərindən biri iki ölkə arasında işçi qrupunun yaradılması və bu işçi qrupunun strateji tərəfdaşlıq gündəliyin ilə və strateji tərəfdaşlıq əlaqələrinin mahiyyəti üzrə təkliflər hazırlamasından ibarətdir: “ABŞ Dövlət Departamentinin verdiyi açıqlamanın mahiyyəti ondan ibarətdir ki, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ilə əlaqədər işçi qrupu yaradılıb.

Agentliyin nizamnamə fondu 20 milyon manat artırıldı - SƏRƏNCAM

Agentliyin nizamnamə fondu 20 milyon manat artırıldı - SƏRƏNCAM

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nizamnaməsinə dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, Agentliyin nizamnamə fondunun məbləği 6 milyon 783 min 392 manatdan 26 milyon 783 min 392 manata qaldırılıb.