Təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılıb. Bu barədə Primeinfo.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, namizədlər 27 avqust 2026-cı il saat 15:00-dək (miq.edu.az/muavin) elektron qeydiyyatdan keçə bilərlər.
12-15 avqust tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə Primeinfo.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər müsahibə mərhələsində iştirak hüququ əldə ediblər.
20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Primeinfo.az-a verilən məlumata görə, proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək. Bildirilib ki, şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
“Özəl bağçalarda təhsil haqqının 70 faizədək hissəsini dövlət ödəyəcək”. Bu sözləri jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.